Olimpiya Oyunlarında yeni idman növləri təsdiqləndi

17:27 13.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ləndi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına beş idman növünün daxil edildiyini təsdiqləyib.

 

Hafta.az xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin qərarına əsasən, bayraqlı futbol (Amerika futbolunun təmassız versiyası), kriket, lakross, skvoş və beysbol/softbol proqrama salınıb.

 

BOK prezidenti Tomas Bax təklif edilən növlərin ABŞ-ın idman mədəniyyətinə tam uyğun olduğunu bildirib.

 

Qeyd edək ki, Los-Anceles olimpiadasının 2028-ci il 14 iyul - 30 iyulda keçirilməsi planlaşdırılır.